Ölkə futbolu

Dani “Qarabağ”dan getdi – RƏSMİ

03.02.2020 , 16:03

“Qarabağ”ın futbolçusu Dani Kintana bu gün komandada sonuncu məşqinə çıxıb.

Korner.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Çin təmsilçisi “Chengdu Better City”ə transfer olunub. O, bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Tailandda davam edən düşərgəsinə yollanacaq.

2015-ci ildə “Qarabağ”a transfer olunan Kintana 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

 

single-news

Son yazılar

Yuxarı