“Qarabağ”ın futbolçusu Dani Kintana uzun müddətdən sonra yaşıl meydanlara dönüb.
İspaniyalı futbolçu bu gün Topaz Premyer Liqasının I tur çərçivəsində baş tutan “Neftçi” – “Qarabağ” matçında şans qazanıb. O, oyunun 75-ci dəqiqəsində Qara Qarayevin əvəzinə meydana daxil olub.
lakin 87-ci dəqiqədə futbolçu yenə zədələnib. matçı davam etdirə bilməyən futbolçu meydanı tərk edib. “Qarabağ” matçın sonuna qədər bir nəfər azlıqda mübarizə aparıb
