Çempionlar Liqasının yarımfinal mərhələsi çərivəsində "Bavariya" önündə çökən "Barselona"nın futbolçusu Daniel Alveş Münhendəki oyunla bağlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin braziliyalı oyunçusu "Bavariya"nın onlardan daha güclü olduğunu etiraf edib:
"Bavariya" daha güclü idi və bu hesabda da öz nəticəsini də tapdı. Onlar çox gözəl oynadılar. Biz qol vura bilmədik. Qarşınıza sizdən daha güclü komanda gəlincə onu təbrik etməkdən başqa yolunuz yoxdu.
"Nou Kamp"da bir 90 dəqiqə var. Ancaq 4:0 kimi hesabı dəyişdirmək çətin olacaq. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq.
