Dani Alveş: Premyer Liqada oynamadan karyeramı bitirməyim mümkünsüzdür
12.11.2018 , 20:12

PSJ-nin futbolçusu Dani Alveş İngiltərə Premyer Liqasında oynamaq istədiyini açıqlayıb.
Bu barədə “Teleqraf” nəşrinə danışan 35 yaşlı sağ cinah müdafiəçisi İngiltərədə oynamadan karyerasını bitirmək istəmədiyini söyləyib:
“Premyer Liqada oynamadan karyeramı bitirməyim mümkünsüzdür. Dünyanın ən möhtəşəm futbolunu orada oynayırlar. Hər şeydən öncə, azarkeşlər öz komandalarını sevib, hörmət edirlər. Ora getmək şansım olsaydı, əla olardı”.
