Dani Alveş Portuqaliyada klub alır
22.12.2025 , 15:00
“Barselona”nın sabiq müdafiəçisi Dani Alveş Portuqaliyanın 3-cü divizionunda çıxış edən “Sao Joao de Ver” klubunu almağı planlaşdırır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı futbolçu hazırda klubla danışıqlar aparır və həm karyerasını bərpa etməyi, həm də 6 aylıq müddətə meydana qayıtmağı düşünür.
Alveş həmçinin komandada idman və inzibati funksiyaları da öz üzərinə götürəcək.
Qeyd edək ki, İspaniya Ali Məhkəməsi Barselonadakı gecə klubunda qadına qarşı ittiham edilən Alveşə təqsirsizlik prezumpsiyası əsasında bəraət verib və o, 14 aylıq həbsdən sonra bu ilin mart ayında azad edilib.