Dani Alveş İngiltərəyə gedir
19.05.2019 , 11:35

Cari mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Dani Alveş klubunu dəyişə bilər.
Paris təmsilçisi 36 yaşlı futbolçuya yeni – 1 illik müqavilə təklif edib. Amma Daninin bu təklifi qəbul etmədiyi, azı 2 illik müqavilə tələb etdiyi bildirilir.
Braziliyalı futbolçunun İngiltərə Premyer Liqasında çıxış etmək istədiyi və menecerinin bunun üçün danışıqlar apardığı deyilir.
2017-ci ildən Paris klubunun formasını geyinən Alveş, bu mövsüm iştirak etdiyi 30 matçda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb. (goal.az)
