Dani Alveş “Barselona”da
13.11.2021 , 10:56

“Barselona” keçmiş futbolçusu Dani Alveşi heyətinə cəlb edib.
Korner.az xəbər verir ki, 38 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Braziliyalı oyunçu Kataloniya təmsilçisinə azad agent kimi keçib. O, gələn həftədən məşqlərə başlayacaq. Futbolçu yalnız 2022-ci ilin yanvarından rəsmi oyunlarda çıxış edə biləcək.
Alveş 2008-2016-cı illərdə “Barselona”da oynayıb.
