AFFA tərəfindən inşa olunmuş "Dalğa Arena"da keçirilmiş oyunların sayı 150-yə çatıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "U-14 Azərbaycan kuboku" turnirinin 1/4 final mərhələsi çərçivəsində Qərb və Şimal yığmaları arasında keçirilmiş qarşılaşma stadionun qəbul etdiyi 150-ci oyun olub. Bu "Dalğa Arena"nın istifadəyə verildiyi 600 gün ərzində mümkün olub.
Qeyd edək ki, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"nın açılış mərasimi 2011-ci il iyunun 6-da FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçirilib.