“Dalğa Arena”da təlim-məşq toplanışı keçiriləcək
16.04.2023 , 00:15

Aprelin 17-dən 21-dək “Dalğa Arena” təlim-məşq mərkəzində Elit-məşq layihəsinə cəlb olunan 2010-2011-ci il təvəllüdlü futbolçuların iştirakı ilə təlim-məşq toplanışı olacaq.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə, toplanışın son günündə iki tərəfli oyun keçiriləcəyi qeyd olunub.
