“Dalğa Arena”da gərginlik: məşqçilər qovuldu
22.09.2018 , 21:40

Topaz Premyer Liqasının V turunda “Zirə” – “Neftçi”ni qəbul edir.
“Dalğa Arena”nda keçirilən qarşılaşma gərginliyi ilə yadda qalır. İlk hissənin sonlarında isə bu, daha da artıb. Hətta komandaların baş məşqçiləri Samir Abasov və Roberto Bordin də mübahisyə çıxıb. Xüsusilə Samir Abasov aqressiyasını gizlədə bilməyib. O hətta italiyalı mütəxəssisi ağır söyüşlərlə təhqir edib.
Onların söz savaşından sonra matçın baş hakimi Rauf Cabbarov hər iki komandanınçalışdırıcısını texniki zonadan uzaqlaşdırıb və tribunaya göndərib. Bundan sonra isə Bordin və Abbasov bir-biri ilə görüşərək, münaqişəni yekunlaşdırıblar.
İlk hissədən sonra oyunda hesab 1:1-di.
