Bu gün keçiriləcək 2 oyunla Premyer Liqanın ilk turuna yekun vurulub.
Korner.az– ın məlumatına görə "Xəzər Lənkəran" Dalğa Arena"da "Rəvan"ın qonağı olub. 20:00-da start götürən matçda Cevat Gülərin yetirmələri oyuna yaxşı naşlayan tərəf olub. Hesabda üstün olan paytaxt təmsilçisi bu üstünlüyünü sona qədər qoruya bilməyib və ümumlikdə matç 1:1 hesabı ilə naşa çatıb.
Premyer Liqaya 1 xalla başlayan digər komandalar "İnter" və "Qarabağ" oldu. "AZAL Arena"da baş tutan matçda da 1:1 hesabı qeydə alınıb. Görüşdə sonuncu dəqiqələrə qədər hesabda öndə olan Ağdam təmsilçisi Admir Telinin avtoqolu sayəsində meydandan 1 xalla ayrılıblar.
Çempionlar Liqasında iştirakı ilə əlaqədar "Neftçi" – "Bakı" oyunu təxirə salınıb.
5 avqust (bazar)
"Rəvan" – "Xəzər Lənkəran" 1:1
Qollar: Sallui Bundu (10) // Branimir Subaşiç (56)
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Rahil Ramazanov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
"Dalğa Arena" stadionu. Saat 20:00
"İnter" – "Qarabağ" 1:1
Qollar: Muarrem Muarrem (37) // Admir Teli (A/Q 86)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"AZAL Arena" stadionu. Saat 20:00
