İngiltərənin “Daily Mail” qəzeti növbəti dəfə sensasiyalı xəbər yayıb.
Korner.az-ın məlumatına görə, sözügedən qəzet İngiltərənin "Arsenal" klubuna məxsus Andrey Arşavinin “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Benjamin Toşak tərəfindən Lənkəran klubuna dəvət edildiyini bildirir.
Arşavinin isə bu təklifə hər hansı bir cavab vermədiyi bildirirlir. Yaxın günlərdə Arşavinin Toşakın istəyinə cavab verəcəyi bildirilir.
Qeyd edək ki, "Arsenal"da işləri heç də yaxşı getməyən, ehtiyyat oyunçular skamyasında daim məskunlaşan rus futbolçunun transfer dəyəri 4.5 milyo avrodu.
