“Daha yaxşı oynamalıydıq” – Klopp
20.02.2019 , 11:15

“Rəqib fiziki cəhətdən güclü komandadır. Oyunumuz istədiyimiz kimi alınmadı. Son ötürmələri düzgün verə bilmirdik, bu, işimizi çətinləşdirdi. Daha yaxşı oynamalıydıq.Hər iki komanda yaxşı müdafiə olundu”.
Bu sözləri “Liverpul”un baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının 1/8 finalında evdə “Bavariya”ya ilə qolsuz bərabərə qaldıqları ilk oyundan sonra deyib.
O, nəticənin pis olmadığını söyləyib: “Bu, ev matçı üçün ən yaxşı heç-heçədir. Düzdür,istədiyimiz nəticəni əldə etmədik. Rəqib işimizi çox çətinləşdirdi. Onlar üçün cavab oyununu daha ağır edə bilərdik, amma fürsətlərdən istifadə edə bilmədik”.
