Daha iki ölkədə futbol yarışları təxirə salındı
16.03.2020 , 19:58

Braziliya və Meksikada futbol yarışları qeyri-müəyyən müddətə təxirə salınıb.
Korner.az xəbər verir ki, buna səbəb koronavirus pandemiyasının dünya ölkələrində sürətlə yayılmasıdı.
Braziliyada 200, Meksikada isə 41 nəfər koronavirusa yoluxub.
