Daha iki güləşçimizdən 2 qızıl medal
14.02.2024 , 21:51

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, Həsrət Cəfərov (67 kq) finalda rusiyalı Ruslan Biçurini məğlub edib.
Nihad Məmmədli (60 kq) finalda moldovalı Viktor Çiobanuna 8:3 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.
