Daha iki futbolçunun adı Şöhrət Zalına daxil edildi
22.04.2024 , 17:00
Daha iki futbolçunun adı İngiltərə Premyer Liqasının (İPL) Şöhrət Zalına daxil edilib.
Korner.az xəbər verir ki, bunlar “Çelsi”nin sabiq müdafiəçisi Con Terri və “Mançester Yunayted”in keçmiş hücumçusu Endi Kouldur.
Şöhrət Zalına üzvlük İPL-də ən yüksək fərdi mükafat sayılır.