Topaz Premyer Liqasının XIX turundakı “İnter”lə oyun (2:3) daha 2 futbolçunun “Xəzər Lənkəran”da qol hesabını açması ilə əlamətdar olub.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəqib qapısına yol tapan hər iki oyunçu ilk dəfə bunu bacarıb.
Milliləşən almaniyalı Uğur Pamuk elə ilk matçında qol hesabını açıb. Komandada cari mövsüm debüt edən Ağabala Ramazanov isə 9-cu oyununda “siftə” edib.
Bununla da o, klub tarixində fərqlənən oyunçuların sayını 78-ə çatıb. Ramazanov “Xəzər Lənkəran”da qol sevinci yaşayan 29-cu yerli futbolçudur. Milliləşən almaniyalı Pamuk isə 49-cu əcnəbi qolçudur. Bu əcnəbilər 21 ölkəni təmsil edir.
Qeyd edək ki, Lənkəran təmsilçisinin bombardirlər siyahısına Ağabalanın qardaşı – 44 qol vuran Zaur Ramazanov başçılıq edir.