“Daha güclü qayıdacağıq”
30.10.2020 , 12:43

“Qarabağ”ın futbolçusu Kvabena Ovusu Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Vilyarreal”a 1:3 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb.
Korner.az xəbər verir ki, futbolçu İnstaqram hesabında bunları yazıb:
“Dünən gecə istədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün məyusam. Avropa Liqasında ilk qolumu vurduğum üçün məmnunam. Mübarizəyə davam edəcəyik və növbəti həftə daha güclü şəkildə geri qayıdacağıq”.
