Daha dörd idmançı zəlzələ nəticəsində həlak oldu
09.02.2023 , 12:47

Türkiyə Güləş Federasiyası dörd idmançının Kahramanmaraşda zəlzələ nəticəsində həlak olduğunu açıqlayıb.
Korner.az xəbər verir ki, güləşçilər Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy və Aslan Ekizin vəfat etdiyi bildirilib.
Daha əvvəl 8 güləşçi dağıntılar altından sağ çıxarılıb.
