Qazaxıstanın Almatı şəhərində 4-16 noyabr tarixləri arasında keçirilən ağır atletika üzrə dünya çempionatı davam edir.
Korner.az-ın məlumatına görə, “Zirvə” İdman klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın daha bir üzvü körpücük üzərinə çıxıb. “Kişinyov-Zirvə” İdman Klubunun üzvü Artyom Pipa 77 kq çəki dərəcəsində mübarizə aparıb.
Gənclər arasında Avropa çempionu və “Zirve İnternational Sport Clubs”-ın ilk dünya çempionatının qalibi olan ağır atlet birdən qaldırma hərəkətində 151 kq, təkanla qaldırmada isə 186 kq çəkinin öhdəsindən gəlib. Toplamda 337 kq nəticə göstərən Pipa dünya çempionatında 8-ci yerə çıxıb.
