İngiltərənin "Arsenal" klubunda "yarpaq tökümü" davam edir. Korner.az-ın məlumatına görə, "topçular" Robin van Persinin gedişindən sonra indi də Uolkotun verdiyi açıqlamadan sonra məyus olub. Belə ki, ingilis futbolçu mövsümün sonunda "Arsenal"la müqaviləsi bitsə də, yeni sözləşməyə getməyəcəyini bildirib. Lakin "Arsenal" futbolçunu sıralarında saxlamaq üçün 3 illik müqavilə təklif etmişdi.
