Madrid “Real”ının və İspaniya millisinin sabiq forvardı Raul Qonzales tezliklə futbolçu karyerasını bitirəcək.
Korner.az-ın məlumatına görə, hazırda ABŞ-ın ikinci dəstəsində çıxış edən “Nyu-York Kosmos” klubunun şərəfini qoruyan forvard Şimali Amerika Liqası bitən kimi butslarını mismardan asacaq.
İddialara görə, buna səbəb ulduz futbolçunun ailəsinə daha çox vaxt ayırmaq istəməsidir.
Qeyd edək ki, Şimali Amerika Liqasının cari mövsümü noyabrda bitəcək.
