Almaniya millisinin “Avro-2016″nın final mərhələsi üçün yekun heyəti açıqlanıb.
Korner.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Yoahim Löv komandaya dəvət etdiyi futbolçuların sayını 27-dən 23-ə endirib.
Marko Roys zədə səbəbindən “Avro-2016″da Almaniya yığmasına kömək edə bilməyəcək.
Qapıçılar: Manuel Noyer (“Bavariya”), Bernd Leno (“Bayer”, Leverkuzen), Mark-Andre ter Ştegen (“Barselona”).
Müdafiəçilər: Jerom Boatenq (“Bavariya”), Emre Can (“Liverpul”), Yonas Hektor (“Köln”), Benedikt Hevedes (“Şalke”), Mats Hummels (“Borussiya”, Dortmund), Şkodran Mustafi (“Valensiya”), Antonio Ryudiger (“Roma”).
Yarımmüdafiəçilər: Yulian Draksler (“Şalke”), Sami Xedira (“Yuventus”), Coşua Kimmix (“Bavariya”), Toni Kroos (“Real”, Madrid), Mesut Özil (“Arsenal”), Leroy Sane (“Şalke”), Bastian Şvaynştayger (“Mançester Yunayted”), Yulian Vayql (“Borussiya”, Dortmund).
Hücumçular: Mario Qötze (“Bavariya”), Mario Qomes (“Beşiktaş”), Tomas Müller (“Bavariya”), Lukaş Podolski (“Qalatasaray”), Andre Şürrle (“Volfsburq”).
