Daha bir transfer iddiası
31.07.2024 , 17:55

“Qalatasaray” yeni transfer üçün ulduz oyunçunu gündəminə gətirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi Adrian Rabionu heyətinə qatmaq istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İllik 10 milyon avro tələb edən fransalı yarımmüdafiəçinin qərarının gözlənildiyi bildirilir.
Son olaraq “Yuventus”da çıxış edən 29 yaşlı Rabio İtaliya nəhənginin heyətində ümumilikdə 212 matça çıxıb və 22 qol vurub, 15 məhsuldar ötürmə edib.
