“Arsenal”ın müdafiəçisi Matye Debyuşi gələn ay komandadan ayrılacaq.
Korner.az-ın məlumatına görə, bu xəbəri “France Football”yayıb.
30 yaşlı futbolçunun “Vest Bromviç”ə keçəcəyi bildirilir.
Fransız futbolçu əsas heyətə düşmək uğrunda mübarizədə Ektor Bellerinə uduzur.
Gələn il Fransada keçiriləcək Avropa çempionatına yollanmaq istəyən Debyuşi daimi oynaya biləcəyi komandaya getməyi məqsədəuyğun hesab edir
