Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” transfer çalışmalarında əsas diqqətini müdafiə xəttinin gücləndirilməsinə yönəldib.
Korner.az-ın məlumatına görə, “Cim Bom” müdafiə xəttini “Real”ın (Madrid) futbolçusu Pepe ilə gücləndirmək istəyir.
İstanbul təmsilçisi oyunçunun həm özü, həm də meneceri ilə görüşüb.
Portuuqaliyalı müdafiəçi “sarı-qırmızılılar”dan illik 4 milyon avro tələb edir. Həmçinin, Pepe “Qalatasaray”dan 4 milyon avroluq imza pulu da istəyir.
Xatırladaq ki, 34 yaşlı futbolçu “Real”la müqaviləsi mövsümün sonunda bitir.
