Futbol

Daha bir oyunun yeri dəyişdirildi

09.02.2021 , 20:09

UEFA Çempionlar Liqasının 1/8 finalında keçiriləcək “Borussiya” (Münhenqladbax) – “Mançester Siti” matçının yerini dəyişdirib.

Korner.az xəbər verir ki, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.

Buna Almaniya İngiltərə arasında koronavirus səbəbindən təyyarə uçuşlarını dayandırması səbəb olub.

Matç fevralın 24-də Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Bundan əvvəl eyni səbəbdən “Leypsiq” – “Liverpul” oyununun Macarıstan paytaxtı Budapeşt, “Atletiko” – “Çelsi” görüşünün Rumıniyanın paytaxtı Buxarestdə keçirilməsinə qərar verilib

Son yazılar

Yuxarı