Daha bir oyun təxirə salındı
29.12.2021 , 20:58

İngiltərə Premyer Liqasının 20-ci turunun “Everton” – “Nyukasl” matçı təxirə salınıb.
Korner.az xəbər verir ki, buna “Nyukasl”ın heyətində koronavirusa yoluxma hallarının artması səbəb olub.
Buna görə də sabah keçirilməli olan qarşılaşma təxirə salınıb.
