Daha bir ölkədə çempionat bərpa olunur
16.06.2020 , 18:31

Koronavirusa görə dayandırılmış Avstraliya çempionatının bərpa tarixi müəyyənləşib.
Korner.az xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Çempionatın iyulun 16-dan davam etdiriləcəyi bildirilib. Mövsümə avqustun 31-i yekun vurulacaq.
Oyunlara az sayda azarkeşin buraxılacağı gözlənilir.
