Daha bir ölkədə çempion müəyyənləşdi
23.07.2020 , 17:54

Sloveniya çempionatında mövsümün qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, XXXVI turda “Çelye” “Olimpiya” ilə 2:2 hesablı heç-heçə edib. Bununla da komanda xallarının sayını 69-a çatdıraraq çempionluğunu rəsmiləşdirib.
Bu, “Çelye”nin liqa tarixində ilk çempionluğudur. Həmçinin klub ilk dəfə UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.
