Madrid “Real”ın keçmiş futbolçusu Rafael van der Vaart karyerasını Çində davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, “Betis” klubunun xavbekinə sərfəli təklif gəlib.
32 yaşlı futbolçu sazişi imzalayacağı təqdirdə hazırki maaşının iki qatını alacaq. Van der Vaartın bu təklifi qəbul edəcəyi real görünür.
