Mərakeşdə ağır yol qəzası baş verib.
Korner.az-ın məlumatına görə, Mərakeş birinciliyində mübarizə aparan “Şabab Atlas Henifra” klubunun futbolçularını aparan avtobus başqa bir avtobusla toqquşub. ”
Şabab Atlas Henifra” “Şabab Rif Al-Hosyema” komandası ilə səfər oyunundan qayıdırmış. İlkin məlumatlara görə, qəza nəticəsində ən azı 29 nəfər yaralanıb. “Şabab Atlas Henifra”nın prezidenti İbrahim Oaba bildirib ki, komandanın qapıçısı Lusin Zana ağır yaralanıb.
