Daha bir klub maaşları azaltdı
10.04.2020 , 17:41

“Selta” koronavirus pandemiyasına görə yaranmış böhranla əlaqədar futbolçularının və məşqçilərinin maaşını azaldıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, koronavirusun yaratdığı böhranın kluba təsirini azaltmaq məqsədilə futbolçularla və məşqçilər korpusunun üzvləri ilə yeni müqavilə imzalanıb.
