Daha bir klub məvacibləri azaltdı
02.04.2020 , 22:31

“Leyptsiq” klubunun futbolçuları məvaciblərinin bir qismindən imtina ediblər.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın futbolçularının koronavirus pandemiyası səbəbiylə maddi itkilər yaşayan kluba dəstək olmaq üçün məvaciblərinin bir qismindən imtina etdikləri bildirilib.
