Daha bir klub məvacibləri azaldacaq
16.04.2020 , 20:47

İspaniyanın daha bir klubu məvacibləri azaldacaq.
Korner.az xəbər verir ki, “Atletik” klubu bu addımı atmağa hazırlaşır.
Əsas komandanın üzvləri və məşqçilər heyəti məvaciblərin azaldılmasına razılaşıb.
Klub mövsüm tamamlanmasa, məvacibləri 17 faiz, oyunlar azarkeşsiz keçirilsə, 6 faiz azaldacaq.
