Daha bir klub məşqləri bərpa edir
12.04.2020 , 17:26

“Real Sosyedad” məşqlərə başlayır.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubun koronavirus pandemiyası səbəbiylə dayandırılan məşqləri aprelin 14-dən bərpa edəcəyi bildirilib.
Klub, məşqə qatılmağın məcburi olmadığını, eyni zamanda, məşqlərin toplu halda keçirilməyəcəyini bildirib.
