Daha bir “Keşlə”li “Elazığspor”la anlaşdı
02.02.2019 , 11:44

“Keşlə”dən ayrılan daha bir futbolçu Diallo Quidileyenin yeni komandası müəyyənləşib. Mavritaniyalı yarımmüdafiəçi bu ölkədə çıxış edəcək.
30 yaşlı futbolçu “Keşlə”dəki komanda yoldaşı Georgios Georgiadislə Türkiyədə də çiyin-çiyinə oynayacaq. Belə ki, Diallo Spor Toto I liqa təmsilçisi “Elazığspor”la müqavilə bağlayıb. Transfer qadağası ləğv olunan Elazığ təmsilçisinin bir gün ərzində heyətinə qatdığı 22 oyunçu arasında Quidileye də olub.
Diallo Quidileye “Keşlə”yə gəlməzdən əvvəl Türkiyədə “Gənclərbirliyi”nin formasını geyinib.
