İngiltərənin “Everton” klubu ev oyunlarının keçirilməsi üçün yeni stadion tikdirir.
Korner.az-ın məlumatına görə, mersisaydlılar hazırki stadion “Qudison Park”ın azarkeş tutumundan razı deyillər. Yeni tikiləcək baza Uolton Xol Park qəsəbəsində olacaq. Yeni stadionun 50 min azarkeş tuta biləcək tribunalarının olacağı deyilir.
Qeyd edək ki, hazırki stadion 36 min azarkeş tutumuna malikdi.
Xatırladaq ki, İngiltərənin digər klubu “Mançester Siti” də yeni stadiona köçəcək.
