Daha bir idmançımız mübarizəni dayandırdı
29.07.2024 , 16:21
Bu gün Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Korner.az xəbər verir ki, o, 1/16 finalda Yanq Henqyu (Çin) ilə üz-üzə gəlib.
Görüşün Anna Baştanın qələbəsi ilə başa çatıb – 15:9. Bununla da Başta 1/8 finala yüksəlib. O, bu mərhələdə ukraynalı Olqa Xarlanla qarşılaşıb. Rəqibinə 6:15 hesabı ilə uduzan Anna Başta mübarizəni dayandırıb.
