Daha bir idmançımız mübarizəni dayandırdı
30.07.2024 , 15:55

Bu gün Azərbaycanın daha bir cüdoçusu Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Korner.az xəbər verir ki, bu dəfə 81 kq çəki dərəcəsində Zelim Tskayev tatamiyə çıxıb. Milliləşdirilmiş osetiyalının 1/16 finalda rəqibi Fransa idmançısı Alfa Umar Calo olub. Görüş Alfa Umar Calonun vaza-ari xalı ilə qazandığı qələbəsi ilə başa çatıb.
Bununla da Zelim Tskayev mübarizəni erkən başa vurub.
