Daha bir idmançımız medal şansını itirdi
30.07.2024 , 12:13

Azərbaycanın akademik avarçəkmə üzrə milli komandasının üzvü Diana Dımçenko bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 final mərhələsində iştirak edib.
Korner.az xəbər verir ki, o, isveçrəli Yanzen Aurelia-Maksima Katalinaya, yeni zelandiyalı Tviqq Emmaya, ispaniyalı Dias Rivas Vircinaya, serbiyalı Arsik Covanaya və Filippinli Delqaso Joaniylə birgə yarımfinal uğrunda mübarizə aparıb.
Dimçenko yarışı 4-cü yerdə başa vurub və medal şansını itirib. O, C/D yarımfinalına yüksəlib. Dımçenko 6-12-ci yerlər uğrunda yarışacaq.
