Güləş

Daha bir güləşçimiz dünya çempionu oldu

08.11.2021 , 10:51

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.

Korner.az xəbər verir ki, yarışın son günündə Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov final görüşünə çıxıb.

92 kq çəki mübarizə aparan idmançımız həlledici görüşdə Rusiya təmsilçisi Azamat Zakuyevə 4:2 hesabı ilə qalib gələrək qızıl medalın sahibi olub.

Son yazılar

Yuxarı