Son illər artan futbolçu ölümlərinin siyahısına daha biri əlavə olunub.
Korner.az-ın məlumatına görə, “Manisaspor”un U-18 komandasının üzvü Gökhan Kaya dünyasını dəyişib.
Klubdan verilən açıqlamada onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Gökhan Kaya Manisa təmsilçisinin U-18 komandasının forması altında 75 oyunda iştirak edib.