Daha bir futbolçumuz Türkiyə klubuna transfer olunub.
Korner.az-ın məlumatına görə, 21 yaşlılardan ibarət Azərbaycan millisinin üzvü Nurlan Novruzov PTT 1-ci liqada çıxış edən “Fethiyyespor”a keçib.
Bu barədə “Facebook” sosial şəbəkəsində türkiyəli menecer Ömər Bedioğlu məlumat yayıb. Futbolçu ilə klubun bazasında şəkil paylaşan menecer “Nurlan Novruzov “Fethiyyespor”da, xeyirli olsun” mesajını yayımlayıb. Müqavilə ilə “Bakı”ya məxsus olan futbolçu 6 ay icarə əsasında Türkiyə klubunda top qovacaq.
Qeyd edək ki, Nurlan yayda icarəyə verildiyi “Sumqayıt”ın heyətində 15 oyuna çıxıb, 1134 dəqiqə oynayıb və yeganə qolunu “Neftçi”nin qapısına vurub.
