Daha bir futbolçuda koronavirus aşkarlandı
12.03.2020 , 20:33

İtaliyanın “Sampdoriya” klubunun hücumçusu Manolo Qabbiadinidə koronavirus aşkarlanıb.
Korner.az xəbər verir ki, futbolçunun testləri müsbət çıxıb. Onun vəziyyətinin yaxşı olduğunu və karantinə alındığını açıqlanıb.
İtaliya millisinin sabiq üzvü bu mövsüm A Seriyasında 21 oyuna 6 qol vurub.
