“Qarabağ”ı daha bir futbolçu tərk edə bilər. Komandanın yarımmüdafiəçisi Donald Gerye ölkəsinin mətbuatına açıqlamasında İtaliya A Seriyasında oynaya biləcəyini deyib.
O, adını açıqlamadığı klubdan təklif aldığını deyib: “Avropanın top-5 çempionatında oynamaq mənim üçün qürur olacaq. Artıq razılığa gəlmək üzrəyik”.
Qeyd edək ki, Gerye ötən mövsüm Türkiyənin “Alanyaspor” klubunda Ağdam təmsilçisinə keçib. Onun müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.
