Mindauqas Kalonasın Litva yığmasına çağrılmasından sonra "Rəvan” futbol klubunun daha bir üzvü çıxış etdiyi millidən dəvət alıb.
Korner.az-ın məlumatına görə, klubun yarımmüdafiəçisi Samuel Barlay Syerra Leone yığma komandasında oynayacaq.
2010-cu ildən Azərbaycanda legioner həyatı yaşayan 26 yaşlı yarımmüdafiəçi isveçli baş məşqçi Lars-Olof Mattssonun daim diqqət mərkəzində saxladığı futbolçulardandır.
Qeyd edək ki, Syerra Leone milli komandası martın 23-də 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində səfərdə Tunis yığma komandası ilə qarşılaşacaq.
