Daha bir futbolçu milliyə çağırıldı
04.10.2020 , 13:40

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Monteneqro və Kiprlə oyunlarından əvvəl heyətinə daha bir futbolçu dəvət edilib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.“Neftçi”nin hücumçusu Mirabdulla Abbasovun milli komandanın hazırlıq prosesində iştirak edəcəyi bildirilib.
Qeyd edək ki, yığmamızın Monteneqro ilə matçı oktyabrın 10-da Podqoritsada, Kiprlə qarşılaşması isə oktyabrın 13-də Bakıda keçiriləcək.
