Bakıda təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsini daha bir futbolçu tərk edib.
Fərrux Fərzəliyev (“Vətən” FK) zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.
Dünən “Qəbələ”nin futbolçusu Rauf Məhərrəmov da zədə səbəbindən millinin düşərgəsini tərk etmişdi.
