Daha bir futbolçu millidən getdi
10.08.2018 , 15:32

Rusiyanın “Lokomativ” klubunun futbolçusu Vedran Çorluka Xorvatiya yığmasındakı karyerasını başa vurub
32 yaşlı müdafiəçi bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib. O, 12 ildən sonra milliyə vida etmək vaxtının gəldiyini və ona dəstək olan şəxslərə təşəkkürünü bildirib.
Qeyd edək ki, Çorluka 2006-cı ildən Xorvatiya millisində çıxış edib. Yığmada 103 oyunda iştirak edən oyunçu 12 qol vurub. O, DÇ-2018-də gümüş medal qazanıb.
